Fəxriyyə Xələfova humanitar layihələrdə nəzərə çarpan iştirakına görə diploma layiq görülüb

Fəxriyyə Xələfova  humanitar layihələrdə nəzərə çarpan iştirakına görə diploma layiq görülüb
# 09 iyul 2007 15:02 (UTC +04:00)
Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova humanitar layihələrdə nəzərə çarpan iştirakına görə “ROTARY CLUB OF BAKU INTERNATIONAL”ın diplomuna layiq görülüb. Bu barədə APA-ya məlumat verən Fəxriyyə Xələfovanın sözlərinə görə, “ROTARY CLUB OF BAKU INTERNATIONAL”ın ənənəvi mükafatlandırma mərasimində məqsəd xeyriyyəçilik və müxtəlif layihələrin maliyyələşdirilməsi olub. Fəxriyyə Xələfovanın moda və dizayn mərkəzi bu təşkilatla birgə kasıb ailələrdən olan uşaqlar üçün humanitar aksiya həyata keçiriblər. Yeni layihələrin müzakirəsi və mükafatlanma mərasimindən sonra Fəxriyyə Xələfovanın moda kolleksiyası nümayiş etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR