Gürcüstanda keçirilən “Nə? Harada? Nə vaxt?” zəka yarışının IX Qafqaz birinciliyində Azərbaycan komandası I yeri tutub

Gürcüstanda keçirilən “Nə? Harada? Nə vaxt?” zəka yarışının IX Qafqaz birinciliyində Azərbaycan komandası I yeri tutub
# 24 iyul 2007 11:05 (UTC +04:00)
İyulun 20-22-də Gürcüstanın Kobuleti şəhərində “Nə? Harada? Nə vaxt?” və “Breyn-Rinq” zəka yarışlarının IX Qafqaz birinciliyi keçirilib. Yarışda Qafqazdan 32 komanda iştirak edib. Azərbaycanı zəka yarışında “Kirpi”, “T.M.”, “Oğuz”, “Kaspiana” və digər komandalar təmsil edib. Yarışın “Breyn-Rinq” versiyasında Azərbaycanı təmsil edən “T.M.” komandası qalib gəlib. “Nə? Harada? Nə vaxt?” versiyasında isə Gürcüstanın “Galahat” və Ermənistanın “Perezaqruzka” komandası birinci yeri bölüşdürüblər. Elə həmin versiyada 3-cü yeri Faiq Hüseynovun komandası tutub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR