Azərbaycanlı karikaturaçıların əsərləri Almaniyada nəşr olunan jurnalda dərc edilib

Azərbaycanlı karikaturaçıların əsərləri Almaniyada nəşr olunan jurnalda dərc edilib
# 26 iyul 2007 08:33 (UTC +04:00)
Azərbaycanın 7 karikaturaçı rəssamının 12 əsəri Almaniyada nəşr olunan jurnalda yer alıb. Karikaturaçı Rəssamlar Birliyinin sədri, rəssam Bayram Hacızadə APA-ya bildirib ki, jurnal Almaniyada keçirilən karikaturaçıların beynəlxalq festivalına həsr edilib. Qeyd olunan festivalda 80 ölkədən 800 rəssamın 2000-ə yaxın əsəri təqdim olunub. Birlik rəhbərinin sözlərinə görə, yaxın vaxtlarda karikaturaçılarımız Amerika Birləşmiş Ştatları, Braziliya, Yunanıstan, Belçika və Çində keçiriləcək beynəlxalq karikatura festivalında iştirak edəcəklər. Bu festivallarda Azərbaycanı layiqincə təmsil edəcəklərinə inandıqlarını vurğulayan B. Hacızadə hazırda həmkarlarının ciddi-cəhdlə festivallara hazırlaşdıqlarını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR