“Əqli mülkiyyət hüququnun təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsi Nazirlər Kabinetinə göndərilib

“Əqli mülkiyyət hüququnun təminatı və piratçılıqla  mübarizə haqqında” qanun layihəsi Nazirlər Kabinetinə göndərilib
# 26 iyul 2007 15:52 (UTC +04:00)
“Əqli mülkiyyət hüququnun təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsi Müəllif Hüquqları Agentliyində işlənib hazırlanıb və baxılmaq üçün bu gün Nazirlər Kabinetinə göndərilib. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Həmçinin “Əqli mülkiyyət Dövlət Proqramı” layihəsi, “Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərlərinin dövlət varidatı elan edilməsi haqqında”, “Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləği, yığılması, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə və “Əlaqəli hüquqların obyekti olan ifadan istifadənin bəzi növlərinə görə ifaçılara ödənilən qonorarın minimum məbləği barədə” agentliyin təklifləri Nazirlər Kabinetinə təqdim olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR