“Rəqəmli şəbəkədə yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” qanun layihəsi üçüncü rübün sonunadək Nazirlər Kabinetinə təqdim olunacaq

“Rəqəmli şəbəkədə yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” qanun layihəsi üçüncü rübün sonunadək Nazirlər Kabinetinə təqdim olunacaq
# 26 iyul 2007 16:06 (UTC +04:00)
“Rəqəmli şəbəkədə yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” qanun layihəsi üçüncü rübün sonunadək Nazirlər Kabinetinə təqdim olunacaq. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Kompüter piratçılığının qarşısının alınması məqsədi ilə layihəsi Agentlik tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının ərazisində kompüter proqramlarının hüquqi qorunması, rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş kompüter proqramlarının dövlət reyestrinin aparılması Qaydaları”nın layihəsi Nazirlər Kabinetinin tapşırığına əsasən müvafiq dövlət orqanlarında ekspertizadan keçirilib. Hazırda nazirliklərin rəy və təklifləri nəzərə alınmaq həmin qərar layihəsinin yekun variantı üzərində işlənilir. Tədbirlər çərçivəsində müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə kompüter piratçılığın səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə monitorinq-baxışların keçirilməsi planlaşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR