Soçidə Azərbaycan mətbəxi günləri keçiriləcək

Soçidə Azərbaycan mətbəxi günləri keçiriləcək
# 01 avqust 2007 08:25 (UTC +04:00)
Azərbaycan kulinarları sentyabrda Estoniyada keçiriləcək Şərqi Avropa çempionatında iştirak edəcək. Bu barədə APA-ya Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib. Mərkəz rəhbəri deyib ki, həmin ay Soçidə Azərbaycan mətbəxi günləri keçiriləcək. Bununla yanaşı Azərbaycan kulinarları Ukraynada keçiriləcək Dünya Kulinariya Çempionatına da dəvət alıb. T. Əmiraslanov çempionatın dekabrda baş tutacağını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR