Moskvada II Beynəlxalq Gənclər Festivalı keçiriləcək

Moskvada II Beynəlxalq Gənclər Festivalı keçiriləcək
# 01 avqust 2007 14:32 (UTC +04:00)
Moskvada oktyabrın 2-dən 5-dək keçiriləcək II Beynəlxalq Gənclər Festivalına həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, “İnkişaf” Beynəlxalq Gənclər Layihəsi çərçivəsində həyata keçirilən festivalın təşkilatçısı MDB ölkələrinin humanitar əməkdaşlığına dair dövlətlərarası saziş çərçivəsində yaradılan qeyri-kommersiya tərəfdaşlığı Beynəlxalq Sosial-Humanitar Proqramlar Mərkəzidir (BSHPM). Tədbirdə “İnkişaf” II Beynəlxalq Gənclər Festivalının prezidenti, Beynəlxalq Kinematoqraflar Birliyi Konfederasiyasının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov da iştirak edib. Festival çərçivəsində gənclər siyasəti sahəsində bir sıra layihə və təşəbbüslər təqdim ediləcək. Onlar arasında MDB Gənclər İctimai Palatasının yaradılması, böyük miqyaslı internet layihə, MDB ölkələrində mini-festivalların keçirilməsi, mobil gənclər qruplarının təşkili və bir sıra təhsil layihələri nəzərdə tutulub. Bu günə kimi festivalda iştirak etmək üçün Rusiyanın bölgələrindən təxminən 70 təşkilat və idarə, Azərbaycan, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Tacikistan, Belorusiya, Ermənistan, Latviya, İran, Pakistan, Almaniya nümayəndələri müraciət edib.
Dəyirmi masada çıxış edən Beynəlxalq Sosial Humanitar Proqramları Mərkəzinin baş direktoru, beynəlxalq gənclər layihəsinin müəllifi Svetlan Sosnova bildirib ki, festivalda tanınmamış Dnestryani Respublikası, Cənubi Osetiya və Abxaziyadan nümayəndələr də iştirak edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR