Gələn il Azərbaycan opera sənətinin yaranmasının 100 illiyi qeyd olunacaq

Gələn il Azərbaycan opera sənətinin yaranmasının 100 illiyi qeyd olunacaq
# 03 avqust 2007 10:52 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2008-ci ildə Azərbaycan opera sənətinin yaranmasının 100 illiyini təntənəli qeyd edəcək. APA-nın məlumatına görə, bunu Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov deyib. Onun sözlərinə görə, hazırda yubileylə bağlı tədbirlər planı hazırlanır: “Azərbaycan opera sənətinin əsası 1908-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”u ilə qoyulub. Yubiley mərasimi üçün üç layihə hazırlanıb. Həmin layihələr arasında ən təqdirəlayiqini seçib, yubiley hazırlıqlarına başlayacağıq”. A.Məlikov onu da deyib ki, həmin ərəfədə “Leyli və Məcnun” operasının da səhnəyə qoyulmasının 100 illik yubileyi keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR