Fərhad Bədəlbəyli: “Şahin Növrəsli Montro festivalında I yerə layiq görülməməsinin səbəbi həmin festivalın münsiflər heyətinin sədrinin türk olmasıdı”

Fərhad Bədəlbəyli: “Şahin Növrəsli Montro festivalında I yerə layiq görülməməsinin səbəbi həmin festivalın münsiflər heyətinin sədrinin türk olmasıdı”
# 04 avqust 2007 08:45 (UTC +04:00)
İsveçrənin Montro şəhərində keçirilən 41-ci musiqi festivalında ölkəmizi təmsil edən və festivalda II yerə layiq görülən cazmen Şahin Növrəsli avqustun 2-də mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ş.Növrəsli festivalda 40-dan çox ölkənin təmsilçilərinin iştirak etdiyini deyib. O bildirib ki, festuicalda I yeri Kuba təmsilçisi qazanıb: “Tədbirin final konsertində dörd ölkənin-Azərbaycan, Avstriya, Fransa və Kubanın təmsilçiləri çıxış ediblər. Azərbaycan ilk dəfə idi ki, bu festivalda təmsil olunurdu və çox sevindiricidir ki, burda iştirak edən Azərbaycan təmsilçisinin çıxışı yüksək qiymətləndirilib”. Gələcək planlarından da söz açan Ş.Növrəsli, yaxın vaxtlarda Moskvada keçiriləcək festivalda iştirak edəcəyini deyib. Eyni zamanda o yeni albom üzərində işlədiyini bildirib. Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Şahinin çıxışını I yerə layiq görüb: “Festivalda iştirak edən musiqiçilər arasında ən yüksək ifanı Şahin göstərdi. Ancaq təəssüflər olsun ki, onun çıxışı layiqincə qiymətləndirilmədi. Tədbirin münsiflər heyətinin sədri türkiyəli pianoçu Fazil Saydır. O, mənə Şahinin ən yaxşı ifaçı olduğunu, ancaq hər ikisi türk olduğuna görə, I yeri ona verməyin düzgün olmadığını dedi”.
Tədbirdə yeni saytını da təqdim edən cazmen, veb səhifədə onun haqqında bütün məlumatların yer adlığını vurğulayıb. Saytda yer alan bütün məlumatlar Azərbaycan, rus və ingilis dillərindədir. Mərasimin sonunda Ş.Növrəslinin festivaldakı çıxışından fraqmentlər nümayiş etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR