74-cü Beynəlxalq Kann Film Festivalının qalibləri bəlli olub

74-cü Beynəlxalq Kann Film Festivalının qalibləri bəlli olub
# 18 iyul 2021 02:16 (UTC +04:00)

74-cü Beynəlxalq Kann Festivalının qalibləri bəlli olub.
APA ”gazeta.ru"ya istinadən xəbər verir ki, nəticələrə əsasən , “Qızıl Palma Budağı” mükafatını fransız rejissor Julia Dukornonun “Titan” filmi qazanıb.
  Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” və iranlı rejissor Əsgər Fərhadinin “Qəhraman” filmləri Qran-pri mükafatına layiq görülüb.
Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist seçilib.

Qeyd edək ki, 7 iyulda başlayan Kann Film Festivalının münsiflər heyətinə amerikalı aktyor Spike Li sədrlik edib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR