Aktyor Mixail Boyarskinin səhhəti pisləşib

Aktyor Mixail Boyarskinin səhhəti pisləşib
# 16 fevral 2021 14:51 (UTC +04:00)

Aktyor Mixail Boyarski xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə “Beşinci kanal”a aktyorun xanımı Larisa Luppian bildirib.

M. Boyarskinin Sankt-Peterburqdakı 122 saylı xəstəxanaya yerləşdirildiyini deyən L. Luppian həyat yoldaşının COVID-19-a yoluxmadığını bildirib.

“Boyarski 10 gün əvvəl COVID-19-a qarşı vaksinasiya olunub. Onun vəziyyətinin vaksinə qarşı reaksiyadan pisləşdiyi də istisna edilir”, - deyə L. Luppian qeyd edib.

“Beşinci kanal”ın xəbərində o da bildirilir ki, M. Boyarskidə hərarət və halsızlıq müşahidə olunsa da, onun koronavirus testi neqativ çıxıb.

Həkimlər aktyorun müayinəsini davam etdirir.

Qeyd edək ki, bir çox rollarda oynamış aktyor və tanınmış estrada müğənnisi M. Boyarski Azərbaycan tamaşaçısına “Dartanian və üç muşketyor” telefilmindəki Dartanian obrazı ilə daha yaxşı tanışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR