Anar Kərimov: "Türkiyə ilə çəkəcəyimiz filmlər barədə konkret ad çəkmək düzgün deyil"

Anar Kərimov: "Türkiyə ilə çəkəcəyimiz filmlər barədə konkret ad çəkmək düzgün deyil"
# 10 mart 2021 17:14 (UTC +04:00)

"Türkiyəyə səfərimiz zamanı film istehsalı ilə məşğul olan şirkətlərlə görüşlərimiz oldu və həmin görüşlərdə filmlərin birgə çəkilməsi müzakirə edildi".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, filmlərin birgə çəkilməsi o deməkdir ki, çəkilişlərdə Azərbaycan tərəfindən həm aktyorlar, həm də rejissorlar da iştirak edəcəklər: "Buna görə də hələ ki, konkret ad çəkmək düzgün deyil. Bununla bağlı qərar qəbul edilməyib", - deyə nazir bildirib.

O, türkiyəli mütəxəssislərlə çəkiləcək filmlərin 44 günlük Vətən müharibəsindən, Xocalı soyqırımından və digər tarixi hadisələrdən bəhs edəcəyini vurğulayıb: "Amma filmlərin hansı formatda baş tutacağı və rejissorların kimliyi barədə danışmaq hələ tezdir. Layihələr çoxdur. Biz onların hamısını nəzərdən keçirib, ən optimalını seçəcəyik. Nə aktyorlarımız, nə də rejissorlarımız bu prosesdən kənarda qalacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR