Bakıda tarixi binanın damında qeyri-qanuni tikilmiş mansard sökülür - FOTO - VİDEO

Bakıda tarixi binanın damında qeyri-qanuni tikilmiş mansard sökülür - FOTO - VİDEO
# 30 aprel 2021 15:49 (UTC +04:00)

Bakıda dövlət mühafizəsində olan tarixi binanın damında tikilmiş mansard sökülür.

APA-nın prosesi izləyən əməkdaşı xəbər verir ki, paytaxtın Nəsimi rayonu 28 May küçəsində yerləşən binada söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılır.

Bildirilib ki, sosial şəbəkələrdə memarlıq abidəsinin üzərində 2008-ci ildə artırılmış qanunsuz mansard barədə xəbər yayıldıqdan sonra BŞİH məsələyə operativ reaksiya verib.

Qeyd edək ki, memarlıq binası 1908-ci ildə milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib.

Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan tarix mədəniyyət abidələri siyahısına yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR