Böyük Britaniya Film Festivalı bu il onlayn formatda keçirilir

Böyük Britaniya Film Festivalı bu il onlayn formatda keçirilir
# 04 fevral 2021 17:13 (UTC +04:00)

Ölkəmizdə keçirilən ənənəvi Böyük Britaniya Film Festivalı bu il onlayn formatda reallaşır.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, yanvarın 22-də başlayan festival fevralın 22-dək “CoolConnections” incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçirilir.

Festival British Council (Britaniya Şurası), Böyük Britaniyanın Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutur.

“Biz ən həyəcanlı, düşündürücü və tənqidçilər tərəfindən bəyənilmiş yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. Böyük Britaniya Film festivalının 2021-ci il buraxılışında bütün cəmiyyətlərdə tam və bərabərhüquqlu üzv kimi hər kəsin təkmilləşə biləcəyi bir dünyanı təbliğ edərək, əsrarəngiz qadınların lentə köçürülmüş qeyri-adi hekayələrinə diqqəti çəkir”, -deyə British Council-ın məlumatında bildirilir.

Qeyd olunur ki, festival filmlər vasitəsilə bərabərlik, müxtəliflik və inklüzivlik kimi başlıca dəyərlərə sadiqliyimizin təməl daşıdır. Bütün filmlər Azərbaycan dilində alt yazılarla ingilis dilində nümayiş etdirilir.

Filmlərə müvafiq qeydiyyatdan keçməklə http://bit.ly/britishfilmfestival linkindən və ya festivalın daimi saytından - www.britishfilmfest.az keçid edərək baxmaq olar. 

Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində, nümayişə açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR