Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində yeni romanslar təqdim edib

Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində yeni romanslar təqdim edib
# 17 aprel 2021 17:08 (UTC +04:00)

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” adlı layihəsi çərçivəsində ədəbi-bədii musiqili kompozisiya hazırlayıb.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihədə gənc bəstəkar Saleh Nəzərovun Nizami Gəncəvinin sözlərinə bəstələdiyi romanslar təqdim olunub.

Yeni romansları yaratmaqda məqsəd müasir istedadlı gənclərin bu layihəyə cəlb olunmasıdır. Romanslar Heydər Əliyev Sarayının nəzdində yaradılan “Perfect Troupe” gənc vokalçılar tərəfindən ifa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR