Ötən il “Azərbaycanfilm”də 4 film çəkilib

Ötən il “Azərbaycanfilm”də 4 film çəkilib
# 09 mart 2021 16:06 (UTC +04:00)

2020-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Sizə məktub var”, “Titrəmə” qısametrajlı bədii filmlərinin, “Anamın kitabı” adlı 12 seriyalı bədii filmin, “Bizim Həsən müəllim” sənədli filminin çəkilişləri başa çatdırılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

“Salnamə” film studiyasında isə “Mirzə Cəlilin Azərbaycanı”, “Ləzgilər”, “Ada” sənədli filmlərinin, eləcə də “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 4 sənədli filmin, “Debüt” studiyasında “Ailəvi şəkil” qısametrajlı bədii filminin, “Azanfilm” studiyasında “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin istehsalı başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR