Xalq artisti Bəsti Cəfərovanın vəziyyəti stabilləşib

Xalq artisti Bəsti Cəfərovanın vəziyyəti stabilləşib
# 01 aprel 2021 12:49 (UTC +04:00)

Koronovirusa (COVID-19) yoluxan Xalq artisti Bəsti Cəfərovanın vəziyyəti stabilləşib. 

Bu barədə APA-ya Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib. 

O bildirib ki, Xalq artistinin səhhətində müsbətə doğru irəliləyiş var: “Bəsti xanımın vəziyyəti stabilləşib. Üstündə telefonu olmadığına görə, onun özü ilə danışmaq imkanımız yoxdur. Qızının verdiyi məlumata görə, dünənlə müqayisədə qızdırması düşüb, artıq rahat ünsiyyət qura bilir. Süni nəfəs cihazından da bu gün ayırıblar. Yemək yeyir, halsızlığı yoxdur. Müalicələri “Yeni klinika”da davam edir”.

Qeyd edək ki, Xalq artisti Bəsti Cəfərova martın 31-də koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR