Ağdamda Vətən müharibəsində qələbəmizə həsr olunmuş rəsm sərgisi açılıb - FOTO - VİDEO

Ağdamda Vətən müharibəsində qələbəmizə həsr olunmuş rəsm sərgisi

© APA | Ağdamda Vətən müharibəsində qələbəmizə həsr olunmuş rəsm sərgisi

# 20 avqust 2021 15:55 (UTC +04:00)

Ağdamda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmizə həsr olunmuş rəsm sərgisi açılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının əl işləri sərgilənir. Qarabağ zəfərinə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz" adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisində rəssamların 50-yə yaxın əsəri nümayiş olunur. Sərgi, şəhid ailələri və media nümayəndələrinə təqdim olunub. Ağdam rayon Heydər Əliyev Mərkəzində baş tutan sərgi-tədbirdə Ağdam Şəhidlər xiyabanında dəfn olunmuş 27 şəhidin anaları üçün xüsusi diplom və hədiyyələr təqdim olunub.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova jurnalistlərə açıqlamasında bildirib ki, bu, Qarabağ zəfərinə həsr olunmuş ilk fərdi yaradıcılıq sərgisidir.

Sərgidə iştirak edən Xalq rəssamı Arif Hüseynov belə sərgilərin gənclərin maariflənməsinə və yaradıcılığa xidmət etdiyini deyib, sərginin çox simvolik olduğunu vurğulayıb: “Mən istərdim ki, Azərbaycanın bütün bölgələrində belə sərgilər təşkil olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR