Anar Kərimov: "Tahir Salahovun ürəyi hər zaman Azərbaycanla döyünüb"

Mədəniyyət naziri Anar Kərimov

© APA | Mədəniyyət naziri Anar Kərimov

# 24 may 2021 13:42 (UTC +04:00)

"Bu gün Azərbaycan xalqı, mədəniyyətimiz üçün çox ağır gündür. Azərbaycanın görkəmli dövlət və mədəniyyət xadimi Tahir Salahovun dəfn mərasimidir".

APA-nın məlumatına görə bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, T. Salahov tək Azərbaycanın mədəniyyət xadimi deyil, eyni zamanda dünya şöhrətli rəssam olub: "Ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun əsərləri ən gözəl, ən möhtəbər muzeylərində nümayiş olunub. O, Azərbaycanı yüksək səviyyədə hər yerdə təbliğ edib. Müxtəlif dövlət mükafakatları alıb. Onun əsərləri, şəxsiyyəti, fəaliyyəti heç zaman unudulmayacaq, hər zaman yaddaşımızda qalacaq. Fürsətdən istifadə edib Azərbaycan dövləti adından ailəsinə, xalqımıza başsağlığı verirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR