Azərbaycan Film Komissiyasının açılış mərasimi keçirilib

Azərbaycan Film Komissiyasının açılış mərasimi keçirilib
# 28 iyun 2021 18:09 (UTC +04:00)

Azərbaycan Film Komissiyasının yaradılması münasibətilə tədbir keçirilib.

Bu gün Beynəlxalq muğam mərkəzində “Filming Azerbaijan” Azərbaycan Film Komissiyasının açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılış mərasimi mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Film Komissiyasının direktoru İlkin Məhəmmədlinin və Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun təbrik nitqləri və təqdimatları ilə başlayıb.

Tədbirdə Nazirlər Kabinetinin, dövlət qurumlarının, diplomatik missiyaların nümayəndələri, habelə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Rusiya “Lenfilm” kinostudiyasından qonaqlar və KİV nümayəndələri iştirak edib.

İ. Məhəmmədli bildirib ki, məqsəd ölkənin potensialını ortaya qoymaqdır.

Qeyd edək ki, “Filming Azerbaijan” Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Qurumun missiyası Azərbaycanı film istehsalı üçün nadir və iqtisadi cəhətdən səmərəli məkan kimi tanıtmaq və ölkənin audiovizual sektorunun potensialından səmərəli istifadə etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR