Bəstəkarlar İttifaqında Cahangir Cahangirovun 100 illiyi qeyd olunub

Bəstəkarlar İttifaqında Cahangir Cahangirovun 100 illiyi qeyd olunub

© APA | Bəstəkarlar İttifaqında Cahangir Cahangirovun 100 illiyi qeyd olunub

# 18 iyun 2021 16:02 (UTC +04:00)

Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, professor, bəstəkar Cahangir Cahangirovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Cahangir Cahangirovun yaradıcılığı haqqında danışıb: “Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Bununla yanaşı, o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Lirik mahnı janrının, eləcə də opera və instrumental musiqisinin inkişafında da Cahangirovun xidməti əvəzsizdir".

Sonra Cahangir Cahangirov yaradıcılığına həsr olunmuş məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR