“Briliant əl” filminin itkin düşən aktrisası tapılıb

Svetlana Svetliçnaya

© APA | Svetlana Svetliçnaya

# 26 oktyabr 2021 15:24 (UTC +04:00)

Bir neçə gün əvvəl itkin düşən aktrisa Oktyabrın 21-də Moskvada itkin düşən Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya tapılıb.

APA-nın mk.ruya istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

S.Vetliçnaya Qorki adına kinostudiyanın ərazisində tapılıb. O, oktyabrın 22-də teleşoulardan birində iştirak etmək üçün kinostudiyaya gəlibmiş.

Daha əvvəl aktrisanın yaxınları demansiyadan əziyyət çəkən aktrisanın itkin düşdüyü barədə polisə məlumat vermişdi.

Baş verənlərin şou olmaq ehtimalı da istisna edilmir.

Qeyd edək ki, aktrisanın ən yaddaqalan obrazı "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR