Britaniyalı nazir Bakıda "Nəsli kəsilməkdə olan yerli biomüxtəliflik" sərgisinin açılışına qatılıb - FOTO

Britaniyalı nazir Bakıda "Nəsli kəsilməkdə olan yerli biomüxtəliflik" sərgisinin açılışına qatılıb - <span class="red_color">FOTO</span>

© APA | Britaniyalı nazirin iştirakı ilə İçərişəhərdə sərgi

# 20 may 2021 19:07 (UTC +04:00)

İçərişəhərdə "Nəsli kəsilməkdə olan yerli biomüxtəliflik" ictimai incəsənət layihəsinin açılışı olub.

APA-nın xəbərinə görə, incəsənət layihəsinin açılış mərasimində Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuart da iştirak edib.

Britaniyalı nazir bildirib ki, təbiəti, ekosistemi qorumaq hər kəsin həm individual, həm də kollektiv olaraq vəzifəsidir. "Biomüxtəlifliklə bağlı biz görünməmiş problemlərlə üzləşirik. Bunun səbəbləri isə təbii resursların həddindən çox istismarı, ətraf mühitin çirklənməsi,  dəniz və torpaqdan istifadədə dəyişikliklər və s.-lə bağlıdır. Tədqiqatçılar bildirir ki bir milyona qədər heyvan və bitki növləri yoxa çıxma təhlükəsi ilə üz-üzədir", - deyə nazir qeyd edib.

Cənab Styuartın sözlərinə görə, iqlim dəyişikliyi biomüxtəlifliyi təhdid edən ən vacib faktordur: "Britaniya olaraq, biz iqlim dəyişikliyinin səbəb və nəticələri ilə mübarizədə liderlərdənik. İqlim dəyişikliyi ilə bağlı ambisiyalı hədəf müəyyənləşdirən ölkəyik və bununla bağlı qanun qəbul olunub. 2035-ci ilədək 1990-cı illə müqayisədə qaz emisiyalarını 78 faizədək azaltmağı hədəfləmişik. Britaniya ən böyük iqtisadiyyata malik olan, eyni zamanda qaz emissiyalarını ən çox azaldan ölkələrdəndir, bununla belə, iqtisadiyyatımız 75 faiz böyüyüb. Bu ilin noyabrında iqlim dəyişikliyi ilə bağlı çox vacib sammitə - COP26 sammitinə ev sahibliyi edəcəyik. Bu sammit iqlim dəyişikliyi üçün mübarizəyə daha çox səy göstərilməsinə, investisiyanın qoyulmasına, daha çox "yaşıl iş" lərin açılmasına təkan verəcək".

Nazir deyib ki, bu sammitdə iştirak Azərbaycanın bu gün aparıcı olan neft-qaz iqtisadiyyatından gələcəkdə yaşıl iqtisadiyyata keçməsinə kömək edə bilər: “Biz Azərbaycanı bu istiqamətdə dəstəkləyirik və inanırıq ki, bizim təcrübəmizi nümunə ola bilər".

Nazir Styuart bildirib ki, ölkəsi bu istiqamətdə bir çox ölkə ilə əməkdaşlıq edir: “Bu, planetin biomüxtəlifliyini qorumaq, qaz emissiyalarını azaltmaq və bizim sağlığımız, rifahımız üçün vacibdir. “Biz təbiəti necə qorumalıyıq sualı” iqlim dəyişikliyi ilə bağlı müzakirələrin əsas elementidir. İqlim dəyişikliyi bizim hamımıza təsir edir. Mən bilirəm ki, Azərbaycanda yağışların yağmasında azalma qeydə alınıb. Mən burada azərbaycanlı həmkarlarımla ümidlərimiz barədə danışdım. İnanırıq ki, Azərbaycan da "greenhouse" qaz emissiyalarının azaldılması istiqamətində ambisiyalı planlar elan edəcək və biz onlara bu məsələdə necə kömək edəcəyimizə baxacağıq".

Qeyd edək ki, incəsənət layihəsinin müəllifi yerli rəssam Nəzrin Məmmədovadır. Onun təqdim etdiyi rəsm əsərləri Azərbaycanın yerli və nəsli kəsilməkdə olan bitkilərinə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR