Canəli Əkbərov dəfn olunub - YENİLƏNİB

Canəli Əkbərov dəfn olunub - YENİLƏNİB
# 23 oktyabr 2021 14:10 (UTC +04:00)

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov bu gün ll Fəxri Xiyabanda dəfn olunub.

APA-nın məlumatına görə,dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, mərhumun ailəsi, sənət yoldaşları iştirak edib.

Qeyd edək ki, Xalq artisti dünən axşam saatlarında vəfat edib.

***

13:19

Canəli Əkbərovla vida mərasimi keçirilib.

Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər.

Onlar mərhumu alqış sədaları altında son mənzilə yola salıblar.

Qeyd edək ki, C.Əkbərov dünən axşam saatlarında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR