Cavanşir Quliyev: "Səhhətim normaldır"

Bəstəkar Cavanşir Quliyev

© APA | Bəstəkar Cavanşir Quliyev

# 23 iyul 2021 10:40 (UTC +04:00)

"Görünür, müsahibəni diqqətlə oxumayıblar. Mən demişəm ki, xəstəlik şərti olaraq ölümlə nəticələnə bilər".

Bunu APA-ya açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, müalicələri davam edir: "Xəstəliyim ciddidir. Müalicələr davam edir. Hazirda səhhətim normaldır".

Qeyd edək ki, bəstəkar Autoimmun xəstəliyindən əziyyət çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR