Əməkdar artist Afaq Abbasova İtaliyaya dəvət olunub 

Əməkdar artist Afaq Abbasova

© APA | Əməkdar artist Afaq Abbasova

# 07 iyun 2021 14:02 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Afaq Abbasova İtaliyaya dəvət olunub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənc vokalçı İtaliyanın Triyest şəhərinin Cüzeppe Verdi adına Opera Teatrında həyata keçirilən xüsusi layihədə iştirak edib.

Bu teatrda ilk dəfə italyan bəstəkarı Ottorino Respicinin "Al Mulino" (libretto müəllifi Alberto Donini) operasının quruluşu ilə bağlı layihə həyata keçirilib. Layihənin rəhbərlərindən olan dirijor Fabrizio Da Ros vokalçımıza əsas partiyanın - Aniuska partiyasının ifasını həvalə edib.

Qeyd edək ki, bu partiyanın ifası üçün dünyada tanınmış daha bir neçə ifaçı dəvət olunsa da məşq prosesində məhz Afaq Abbasova öz professional ifası ilə daha çox bəyənilib və layihədə iştirakı təsdiq olunub.

Artıq "Al Mulino" operasının audio diskinin yazılışı başa çatıb, həmin disk dünyanın bir çox opera teatrlarına göndəriləcək.

Tamaşanın premyerası 2022-ci ildə baş tutacaq və Afaq Abbasova premyerada iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR