Firəngiz Əlizadə: “Gənc bəstəkarlardan Zəfərimizə həsr olunan əsərlər gözləyirik”

Firəngiz Əlizadə: “Gənc bəstəkarlardan Zəfərimizə həsr olunan əsərlər gözləyirik”

© APA | Firəngiz Əlizadə

# 18 iyun 2021 17:23 (UTC +04:00)

“Bütün Azərbaycan xalqı kimi Bəstəkarlar İttifaqının üzvləri də müharibədən sonra ruh yüksəkliyi yaşayır. Bəstəkarlarımız şəhidlərimizə və qazilərimizə həsr olunan əsərlər bəstələyir. Bunu nəzərə alaraq Zəfər Gününə həsr olunan müsabiqə elan etmişik”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.

O qeyd edib ki, müsabiqədə 25 yaşdan 35 yaşadək gənc bəstəkarlar iştirak edə bilər: “Biz onlardan Zəfərimizə həsr olunan əsərlər gözləyirik. Bu müsabiqə çox önəmli bir müsabiqədir. Artıq əsərləri toplamağa başlamışıq. Əsərlərin qəbulu oktyabrın 1-ə qədərdir. Müsabiqəyə həsr olunan konsertin Zəfər günündə keçirilməsini nəzərdə tuturuq”. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR