"Fulya" filminin çəkilişləri başlayıb - FOTO

"Fulya" filminin çəkilişləri başlayıb - <span class="red_color">FOTO

© APA | "Fulya" filminin çəkilişləri

# 18 iyun 2021 12:13 (UTC +04:00)

"Azərbaycanfilm" kinostudiyası və Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalı olan "Fulya" sənədli filminin çəkilişlərinə başlanıb. 

Kinostudiyadan APA-ya verilən məlumata görə, film Vətən müharibəsi dövründə müharibənin acı və yıxıcı həqiqətlərini ilk səsdən dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.

Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç,  təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişləri Gəncə, Tərtər və Şuşada aparılacaq.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR