İndiana Cons haqqında yeni filmin çəkilişləri Siciliyada aparılır

İndiana Cons haqqında yeni film arxeoloji qazıntılar aparılan yerlərdə çəkiləcək

© APA | İndiana Cons haqqında yeni film arxeoloji qazıntılar aparılan yerlərdə çəkiləcək

# 07 oktyabr 2021 11:47 (UTC +04:00)

Arxeoloq İndiana Consun sərgüzəştlərindən bəhs edən növbəti filmin çəkilişləri əsl arxeoloji qazıntılar aparılan yerlərdə baş tutacaq.

APA TASS-a istinadən xəbər verir ki, baş rolunu Harrison Fordun canlandırdığı filmin çəkilişləri qədim Yunan və Roma tarixlərinin məşhur mərkəzlərindən biri olan Siciliya adasının Sirakuza şəhərində başlayıb.

Filmin əsas çəkilişləri qədim yunan teatrının və Dionis qulağı mağarası kimi görməli yerləri ilə məşhur olan Neapolis arxeoloji parkında baş tutub.

Kinosaqanın beşinci hissəsi haqqında ilk məlumat bir neçə il əvvəl yayılsa da ideya ötən ildən başlayaraq gerçəkləşib. Beşinci hissənin rejissoru Ceyms Menhold olacaq. Film gələn il iyun ayında təqdim ediləcək.

Qeyd edək ki, İndiana Cons haqqında ilk film 1981-ci ildə, növbəti hissələr isə 1984, 1989 və 2008-ci illərdə ekranlaşdırılıb. Əvvəlki hissələrin rejissoru Stiven Spilberq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR