Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırdır

Səyyad Əlizadə

© APA | Səyyad Əlizadə

# 14 sentyabr 2021 12:27 (UTC +04:00)

Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır.

Bu barədə APA-ya qohumu Razim Qarayev məlumat verib.

O, sənətçinin həyat yoldaşının da koronavirusa yoluxduğunu bildirib: “Hazırda yoldaşı palatada, Səyyad bəy isə reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub. Vəziyyəti ağırdır.”

Qeyd edək ki, 10 gün əvvəl koronavirusa yoluxan müğənni Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR