Türkiyə teatr və kino aktyoru Ferhan Şensoy 70 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.
APA “Milliyet” qəzetinə istinadən xəbər verir ki, aktyor iyul ayından xəstəxanada müalicə olunurdu.
F.Şensoy 1951-ci ildə Samsunda anadan olub. Teatr aktyoru kimi tanınan F.Şensoy bir çox film və seriallarda da rol alıb.