Oleq Qazmanov 70 illik yubileyinə yeni albom hazırlayır

Oleq Qazmanov 70 illik yubileyinə yeni albom hazırlayır
# 07 iyul 2021 11:15 (UTC +04:00)

Rusiyanın xalq artisti Oleq Qazmanov 70 illik yubileyi üçün yeni albom təqdim edəcək.

APA-nın məlumatına görə, bu barədə müğənni TASS-a müsahibədə bildirib.

Müğənni qeyd edib ki, artıq yubiley turuna çıxıb: "Yubiley turum artıq başlayıb. Tur “7:0 mənim xeyrimə” adlanır. İyulun 22-nə qədər çıxaracağım yeni albom da belə adlanacaq".

Ad gününü Svetloqorskda səhnədə qeyd edəcəyini deyən xalq artisti oğlu Rodionun da onunla birlikdə çıxış edəcəyini bildirib.

O. Qazmanov yubiley konsertini isə oktyabrın 30-da Moskvada “Crocus City Hall”da keçirməyi planlaşdırdığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR