Pakistanlı aktrisa Begum Xurşid Şahid vəfat edib

Begum Xurşid Şahid

© APA | Begum Xurşid Şahid

# 29 iyun 2021 17:24 (UTC +04:00)

Pakistanlı aktrisa Begum Xurşid Şahid 96 yaşında vəfat edib.

APA "Gazeta.ru"ya istinadən xəbər verir ki, aktrisanın ölümünü oğlu, aktyor Salman Şahid təsdiqləyib.

Məşhur aktrisanın həyatının son günlərini xəstəxanada keçirdiyi bildirilib.

Qeyd edək ki, 9 yaşından radioda çalışmağa başlayan Xurşid Şahid fəaliyyətini aktrisa kimi davam etdirib. Begum Xurşid Şahid Pakistanın ən məşhur aktrisalarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR