"Polis Akademiyası"nın aktyoru Artur Metrano vəfat edib

Artur Metrano

© APA | Artur Metrano

# 10 sentyabr 2021 10:34 (UTC +04:00)

Çoxseriyalı “Polis Akademiyası” filmində yaratdığı leytenant Erni obrazı ilə tanınan Artur Metrano 84 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, aktyor Florida ştatında öz evində dünyasını dəyişib.

1989-cu ildə, yaradıcılığının zirvəsindəykən onurğasından aldığı zədə nəticəsində hərəkət qabiliyyətini itirən aktyor bundan sonra da fəaliyyətinə davam edir. O, “Metranonun təsadüfi komediyası” adlı teatral şou yaradır və 2001-ci ilə qədər filmlərə çəkilir.

Artur Metrano "Ürəkləri sındıran", "Dünya tarixi, birinci hissə" "Son nəfəsdə" və başqa filmlərdə də rol alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR