Ramiz Əzizbəyli dəfn olunub  - FOTO - VİDEO - YENİLƏNİB

Ramiz Əzizbəyli ilə dəfn mərasimi

© APA | Ramiz Əzizbəyli ilə dəfn mərasimi

# 10 iyun 2021 13:14 (UTC +04:00)

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.

APA-nın məlumatına görə o, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

***

11:51

Xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, vida mərasimi Xalq artisinin yaşadığı binanın önündə keçirilir.

Mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin nəşi ailəsinə təhvil verilib. Mərhumun cənazəsi yaşadığı evə gətirilib.

O, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR