Ramiz Əzizbəylinin qızı: “Həkimlər ümidverici heç nə demir”

Xalq artisti Ramiz Əzizbəyli

© APA | Xalq artisti Ramiz Əzizbəyli

# 08 iyun 2021 12:00 (UTC +04:00)

Ramiz Əzizbəylinin vəziyyəti yenidən ağırlaşıb.

Bu barədə APA-ya Xalq artistinin qızı Xədicə Əzizbəyli məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti dünəndən bəri daha da pisləşib: "Huşu hazırda özündə deyil. Yanaşı xəstəlikləri olduğu üçün vəziyyəti gündən-günə ağırlaşır. Həkimlər ümidverici heç nə demir".

Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR