Rejissor Andrey Zvyaqintsev komadan çıxıb 

Andrey Zvyaqintsev

© APA | Andrey Zvyaqintsev

# 22 sentyabr 2021 17:21 (UTC +04:00)

Koronavirsa (COVID-19) yoluxan rusiyalı məşhur rejissor Andrey Zvyaqintsev komadan çıxıb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, onun səhhəti hazırda qənaətbəxşdir.

Daha əvvəl mətbuatda rejissorun Almaniyada xəstəxanaya yerləşdirildiyi, ağciyərlərinin 90 faizinin zərər gördüyü, EKMO cihazına qoşulduğu və komaya düşdüyü yazılmışdı.

Qeyd edək ki, Venesiya və Kann beynəlxalaq festivallarının əsas mükafatlarını qazanmış rus rejissor “Qayıdış”, “Yelena”, “Leviafan”, “Sevgisizlik” kimi filmləri ilə tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR