Reza Deqatinin “Fotoların tarixi” adlı sərgisi təşkil olunub

Reza Deqati

© APA | Reza Deqati

# 31 iyul 2021 18:47 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin “Fotoların tarixi” adlı sərgisi təşkil olunub

APA-nın xəbərinə görə, ekspozisiyada Reza Deqati dərc olunmamış fotoşəkillərdən ibarət seçilmiş kolleksiyası nümayiş olunub.

Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyət nümayəndələri və tədbir iştirakçılarının suallarını cavablayıb.

Qeyd edək ki, məşhur fotoqraf Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayır və 30 kitabın müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR