Rusiya və Azərbaycanın Əməkdar artisti Mutay Xadulayev vəfat edib

Mutay Xadulayev

© APA | Mutay Xadulayev

# 30 avqust 2021 16:20 (UTC +04:00)

Rusiya və Azərbaycanın Əməkdar artisti Mutay Xadulayev 81 yaşında vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, sənətçi bu yaxınlarda koronavirusa (COVID-19) yoluxubmuş.

1969-cu ildən Dağıstan “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblında çalışan M.Xadulayev orkestrə rəhbərlik edirdi.

Qeyd edək ki, o, Dağıstanın Xalq artisti, Rusiya Federasiyası və Azərbaycan Respublikasının Əməkdar artistidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR