"Sirtaki" musiqisinin müəllifi Mikis Teodorakis vəfat edib

Mikis Teodorakis

© APA | Mikis Teodorakis

# 02 sentyabr 2021 11:49 (UTC +04:00)

Yunan bəstəkar Mikis Teodorakis 96 yaşında vəfat edib.

APA Tass-a istinadən xəbər verir ki, uzun müddət xəstə olan bəstəkarın səhhəti son vaxtlar daha da pisləşibmiş.

M.Teodorakis 1925-ci ildə Yunanıstanda anadan olub. O, bəstəkarlıqla yanaşı şair, aktivist, siyasətçi kimi də tanınıb.

Ona dünya şöhrəti gətirən musiqi isə “Yunan Zorba” filmi üçün yazdığı “Sirtaki” əsəri olub. M.Teodorakis mahnılarını “Bitls” qrupu, Edit Piaf kimi sənətçilər ifa ediblər.

Bəstəkar 1983-cü ildə "Xalqlar arasında sülhü gücləndirdiyinə görə" Beynəlxalq Lenin Mükafatı laureatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR