Akademik Milli Dram Teatrında “Məqam” tamaşasının premyerası keçiriləcək

Akademik Milli Dram Teatrında “Məqam” tamaşasının premyerası keçiriləcək
# 30 aprel 2014 10:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Akademik Milli Dram Teatrının kiçik səhnəsində “Məqam” adlı yeni tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gürcü müəllifi Gela Dumbadzenin “Gecə qonağı” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru Aysel Əmiraslanova, quruluşçu rəssamı Samirə Həsənova, rejissor assistenti Ceyran Həsənlidir.

Janrı “əcəl oyunu” kimi müəyyənləşdirilən tamaşada əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR