"Pegas Fly" Rusiyanın 9 şəhərindən Bakıya birbaşa aviareyslər açacaq

#
# 16:04
18 dekabr 2019

"İkar" aviaşirkəti (Krasnoyarsk, "Pegas Fly" ticarət nişanı) Rusiyanın 9 şəhərindən Bakıya müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsinə dair razılıq əldə edib.

Bu barədə "APA-Economics" Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi yanında İdarələrarası Komissiyanın iclasının çərşənbə günü dərc edilmiş materiallarına istinadən xəbər verir.

"Pegas Fly" həftədə iki dəfə Yekaterinburq, Kazan, Krasnodar, Mineralnıye Vodı, Orenburq, Perm, Rostov, Samara və Ufadan Azərbaycan paytaxtına uçuşları həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR