"Azercell" abunəçiləri balanslarına yüklədiyi pul vəsaitini müxtəlif xidmət və malların alınmasına xərcləyə biləcək

"Azercell" abunəçiləri balanslarına yüklədiyi pul vəsaitini müxtəlif xidmət və malların alınmasına xərcləyə biləcək
# 19 dekabr 2019 10:08 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" MMC ilə abunəçilər arasında münasibətləri tənzimləyən abunə müqavilələrinə 2.8-ci maddə əlavə ediləcək.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, əlavə olunacaq maddəyə əsasən, telekommunikasiya xidmətlərinin göstərilməsi müqabilində ödədilən vəsaitlərdən müxtəlif xidmət və malların alınması ilə əlaqədar abunəçinin müəyyən etdiyi təyinat üzrə bank və sair təşkilatlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilə bilər.

Bu əlavə 8 yanvar 2020-ci il tarixindən etibarən, rəsmi olaraq hüquqi qüvvəyə minərək həm "SimSim" xətt, həm də Fakturalı xətt sistemlərinə aid nömrələrlə əlaqədar münasibətlərdə tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR