"Azərişıq"ın sədr müavini Cəlilabadda vətəndaşları qəbul edəcək

"Azərişıq"ın sədr müavini Cəlilabadda vətəndaşları qəbul edəcək
# 27 noyabr 2019 17:19 (UTC +04:00)

Sabah saat 10:00-da "Azərişıq" ASC-nin sədrinin müavini Ramil Yusifov Cəlilabadda vətəndaşları qəbul edəcək.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, qurumun Cəlilabad şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilər.

Qəbul zamanı ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR