"Bakı Metropoliteni" gücləndirilmiş iş rejimində çalışacaq

"Bakı Metropoliteni" gücləndirilmiş iş rejimində çalışacaq
# 26 dekabr 2019 10:39 (UTC +04:00)

Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.

“Bundan savayı, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-dək açıq olacaq”, - deyə QSC-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR