"Buta Airways"in təyyarəsi Ankaradan İstanbulun yeni aeroportuna yola salınıb

"Buta Airways"in təyyarəsi Ankaradan İstanbulun yeni aeroportuna yola salınıb
# 07 yanvar 2020 14:48 (UTC +04:00)

İstanbulun Sabiha Gökçen aeroportunda baş vermiş insident səbəbindən sözügedən hava limanının bağlanması ilə əlaqədar "Buta Airways" aviaşirkətinin J2-9103 nömrəli Bakı-İstanbul reysi üzrə uçan və Ankaranın Esenboğa hava limanında məcburi eniş edən təyyarə İstanbulun yeni hava limanına yola düşüb.

"APA-Economics"in "Buta Airways"ə istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 14:00-da təyyarə Esenboğa aeroportundan İstanbulun yeni hava limanına yola düşüb.

Məlumata əsasən, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı sərnişinlər avtobuslar vasitəsilə İstanbulun yeni hava limanına çatdırılıb və yola düşməyə hazırlaşırlar.

Qeyd edək ki, bu gün Sabiha Gökçen aeroportunda baş vermiş insident səbəbindən sözügedən hava limanının bağlanması ilə əlaqədar "Buta Airways" aviaşirkətinin J2-9103 nömrəli Bakı-İstanbul reysində təyyarənin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib. Təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

Xatırladaq ki, bu gün Sabiha Gökçen hava limanında Birləşmiş Ərəb Əmirliklərindən gələn təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb. Bununla əlaqədar Türkiyə vaxtı ilə saat 15:00-dək zolaq uçuş-enmə üçün bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR