"IrAero" Samara-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır

"IrAero" Samara-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır
# 24 dekabr 2019 11:41 (UTC +04:00)

Gələn ilin yanvar ayının 15-dən etibarən Rusiyanın Samara şəhərindən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara start veriləcək.

Bu barədə "APA-Economics" sözügedən şəhərin Kurumoç beynəlxalq hava limanına istinadən xəbər verir.

Aeroportun məlumatına görə, "IrAero" aviaşirkəti tərəfindən həyata keçirəcək aviareysin uçuş müddəti 1 saat 50 dəqiqə təşkil edəcək. Uçuşlar həftədə bir dəfə – çərşənbə günü "Sukhoi Superjet 100" təyyarəsi ilə yerinə yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR