AAYDA 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində yaranan problemi həll edib - FOTO

AAYDA 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində yaranan problemi həll edib   - FOTO
# 26 aprel 2021 11:12 (UTC +04:00)

Sosial şəbəkələrdə 20 Yanvar küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılmışdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics"ə verilən məlumata görə, AAYDA-nın aidiyyəti şöbəsi tərəfindən nəzarətə götürülmüş problem qısa müddət ərzində aradan qaldırılıb.

Qeyd edək ki, ərazidə olan dekorativ kolluqlar parkın ərazisindəcə 10 metr kənara köçürülərək yenidən əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR