ABŞ yerli şirkətlərə "Huawei"lə əməkdaşlığa icazə verib

ABŞ yerli şirkətlərə "Huawei"lə əməkdaşlığa icazə verib
# 16 iyun 2020 14:40 (UTC +04:00)

ABŞ-ın Ticarət Nazirliyi Amerika şirkətlərinin Çinin "Huawei" şirkəti ilə 5G rabitə sisteminin yaradılması sahəsində əməkdaşlığına əvvəllər qoyulan qadağaların ləğvi ilə bağlı qərar qəbul edib.

"APA-Economics"in "Securitylab"a istinadən verdiyi məlumata görə, ABŞ-ın gələcək nəsil şəbəkələri üçün standartların hazırlanmasında iştirakı, muxtar nəqliyyat vasitələri, süni intellekt və digər qabaqcıl texnologiyaların gələcəyinə təsir göstərir.

Qurumun nümayəndələrinin fikrincə, bu dəyişikliklər ABŞ-ın "Huawei"lə bağlı qətiyyətinin zəiflədiyi kimi qiymətləndirilməməlidir.

Xatırladaq ki, ötən ay ABŞ prezidenti Donald Tramp Amerika şirkətlərinə milli təhlükəsizliyə təhdid yaradan şirkətlərdən telekommunikasiya avadanlıqlarından istifadəni və ya almalarını qadağan edən sərəncamı uzatmışdı. Qadağada konkret şirkətlər qeyd olunmasa da, bunun əsas məqsədi "Huawei" və ZTE kimi Çin şirkətləri ilə əməliyyatlara son qoyulması idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR