ADY ölkədaxili qatarların hərəkətini dayandırır

ADY ölkədaxili qatarların hərəkətini dayandırır
# 18 mart 2020 11:42 (UTC +04:00)

Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

APA-Economics”in “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən verdiyi məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı, Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı, Bakı-Yalama-Bakı elektrik qatarı və Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarının hərəkəti dayandırılır.

“Sərnişinlərin nəzərinə çatdırırıq ki, martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək. Martın 18-i və 19-u bölgələrdən çıxan qatarlar isə geriyə sərnişinsiz qayıdacaq. Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır”, - ADY-nin məlumatında deyilir.

Martın 18-dən 29-dək olan tarixlər üçün bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.

Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR